Nijni Novqoroddan Bakıya birbaşa aviareyslər həyata keçiriləcək
Rusiyanın “İrAero” aviaşirkəti aprelin 4-dən Nijni Novqoroddan Bakıya birbaşa reysə başlayacaq.
Fhnews.az xəbər verir ki, bu barədə Nijni Novqorod aeroportunun (“Aeroportı Regionov” İdarəetmə şirkəti tərəfindən idarə olunur) mətbuat xidməti məlumat paylaşıb.
Məlumatda qeyd olunub ki, bu, aviaşirkət üçün yeni marşrutdur. Reyslərin həftdə bir dəfə həyata keçirilməsi planlaşdırılır.
Bakıdan uçuş həftənin çərşənbə günləri saat 21:00-da, Nijni Novqoroda eniş saat 23:00-da edəcək. Nijni Novqoroddan Bakıya uçuş həftənin cümə axşamı günləri saat 01:00-da, Bakıya eniş 05:00-da edəcək.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...