22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nazir müavini: Son 20 ildə bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb

11-06-2024
IMG

Uşaqların təhsili üçün ölkəmizdə müvafiq şərait yaradılıb. Ölkəmizdə 1 milyon 500 min məktəbli var.

Fhnews.az xəbər verir ki, bu fikirləri Elm və təhsil nazirinin müavini Firudin Qurbanov BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə səsləndirib.

Nazir müavini deyib ki, son 20 ildə 4 minə yaxın məktəb əsaslı təmir edilib və yeniləri inşa olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb.

“İnsanlarımız Qarabağa qayıtdıqları kimi, təhsilimiz də Qarabağa qayıdır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir standartlar əsasında məktəblər inşa edilib və uşaqlarımız həmin məktəblərdə təhsillərini davam etdirirlər”, - deyə F.Qurbanov vurğulayıb.

2016-cı ildən nazirlik tərəfindən “Məktəblinin dostu” layihəsinin həyata keçirildiyini xatırladan F.Qurbanov bu layihənin 30-dan çox məktəbdə artıq tətbiq edildiyini deyib. Qeyd edib ki, layihə digər məktəblərdə də həyata keçiriləcək. O, layihənin məktəb və valideynlər arasında əlaqələrin dərinləşdirilməsinə imkan verdiyini bildirib.

Paylaş: