Nazir Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və Nazirliyin əməkdaşları iştirak edib.
Fhnews.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Assosiasiyanın strateji hədəflərini açıqlayıb. Assosiasiya sədri fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün Fermer Qadınların Respublika Platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Gülbəniz Qənbərova əlavə edib ki, kənd qadınlarının regionların iqtisadi inkişafına töhfəsini artırmaq və onu dayanıqlı etmək məqsədilə yaradılacaq platforma kollektiv qadın aqro-bizneslərinin inkişafı üçün etibarlı alətdir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini müsbət dəyərləndirib, bu platformanın yaradılması üçün təkliflər verib. Nazir Məcnun Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini, o cümlədən Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini dəstəklədiyini vurğulayıb.
Görüşdə iştirak edən Assosiasiya nümayəndələri - Zaqatalada fəaliyyət göstərən “BƏNÖVŞƏ” Qadın Kooperativinin Sədri Elmira Hacıyeva və “ÇİNAR” Qadın Kooperativinin Sədri Səadət Dibirova qadın fermerlərin fəaliyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən layihələr, həyata keçirilən tədbirlərlə bağlı məlumat veriblər.
Görüşdə ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə fikir mübadiləsi aparılıb, qadın fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...