Nazir Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
Azərbaycan Respublikasının fovqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirilib.
Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəisi Vidadi Məmmədov, FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov və mərkəzin aidiyyəti vəzifəli şəxslərinin iştirak etdiyi müşavirədə Regional Mərkəzin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, məruzələr dinlənilib.
Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov Gəncə Regional Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli zəruri məsələləri qeyd edib, müvafiq tapşırıqlar verib.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...