13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Naxçıvanda muxtariyyətin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq reytinqli turnir keçiriləcək

09-01-2024

Sabah Naxçıvan Şahmat Mərkəzində muxtar respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq reytinqli şahmat turnirinə start veriləcək.

Fhnews.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarışa 60-dan çox şahmatçı qeydiyyatdan keçib.

Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq yarışın ilk turuna sabah 15:00-da start veriləcək. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Sideifzadədir.

İlk üç yerin sahibləri və müxtəlif nominasiyaların qaliblərinə diplom və pul mükafatı təqdim olunacaq. Yekun nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

Paylaş: