NASA: Son bir ilin hər ayında rekord temperatur qeydə alınıb
NASA-nın çərşənbə axşamı açıqladığı təhlilə əsasən, son bir ilin hər ayı üçün orta qlobal temperatur rekord həddə çatıb.
Fhnews.az NASA-nın saytına istinadla xəbər verir ki, son 12 ay ərzində orta qlobal temperatur XX əsrin ilkin səviyyəsindən (1951-1980-ci illər) 2,34 dərəcə Fahrenheit (1,30 dərəcə Selsi) yuxarı olub.
Quruda və okeanlardakı nəhəng meteoroloji stansiyalar şəbəkəsinin temperatur göstəricilərinə əsaslanaraq alimlər qeyd edirlər ki, bu hadisə insan fəaliyyəti, xüsusilə də istixana qazı emissiyaları ilə idarə olunan uzunmüddətli istiləşmə tendensiyasının nəticəsidir.
NASA-nın baş alimi və baş iqlim müşaviri Keyt Kalvin daha isti günlərin hələ yaşanacağını vurğulayaraq qeyd edib ki, temperaturun artması bütün dünyada insanlara və ekosistemlərə təsir göstərir. Təhlillərə görə, bu tendensiya son qırx ildə özünü büruzə verib və qeydiyyat aparıldığı vaxtdan ardıcıl ən isti on il olub.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...