25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

NASA prezidentindən  Çinlə bağlı iddia

18-04-2024

ABŞ Aeronavtika və Kosmik Agentliyinin  direktoru Bill Nelson iddia edib ki, Çin mülki proqramlardan istifadə edərək kosmosda hərbi mövcudluğunu gizlədir və bununla da kosmik imkanlarını gücləndirir.

“Sky News”un məlumatına görə, Nelson Kapitoliya təpəsində Konqres üzvlərinə Çinin kosmos fəaliyyəti ilə bağlı danışıb.O, Çinin xüsusilə son 10 ildə kosmos sahəsində fövqəladə irəliləyişlər əldə etdiyini, lakin bu irəliləyişə çox gizli şəkildə nail olduğunu bildirib.

"Biz inanırıq ki, Çinin mülki kosmik proqramı adlandırdığı proqramların çoxu hərbi proqramdır."-deyən  Nelson Pekin rəhbərliyinin bu proqramlardan istifadə edərək kosmosdakı hərbi varlığını gizlətdiyini iddia edib. 

İki ölkənin bu mövzuda yarışda olduğunu və ABŞ-nın bu yarışda Çindən əvvəl Aya getməsi lazım olduğunu ifadə edən Nelson əlavə edib ki, Çin ABŞ-dan əvvəl Aya getsə bəzi kosmos bölgələrini özünə aid edə bilər.

Qeyd edək ki, Çin 2030-cu ildən başlayaraq insanlı ekspedisiya təşkil edərək Aya ayaq basmağı, 2050-ci ilə qədər isə Ayda tam funksional tədqiqat bazası qurmağı hədəfləyir.

Paylaş: