NASA peykinin Dubaydakı daşqınla bağlı görüntüləri
Yaxın Şərqi vuran selin Birləşmiş Ərəb Əmirliklərinin ən sıx məskunlaşdığı Dubaya təsiri peyk görüntüləri ilə üzə çıxıb.
Xatırladaq ki, aprelin 16-17-də yağan güclü yağış zamanı Dubayda bir çox yerləri su basıb. BƏƏ-də 24 saatdan az müddətdə yağan yağışın miqdarı 254,8 millimetrə çatıb. Bu, ölkədə son 75 ilin ən yüksək yağıntısı kimi qeydə alınıb.
Aprelin 19-da BƏƏ üzərindən keçərkən NASA-nın Landsat 9 müşahidə peyki tərəfindən toplanan görüntülər yolların və hava limanlarının su altında qaldığı Dubayda daşqının təsirini ortaya çıxarıb.
Aprelin 3-dən aprelin 19-dək olan şəkillərdə tünd göy nöqtələr sel sularının vurduğu əraziləri göstərir. NASA peyki selin ölkənin paytaxtı Əbu-Dabidəki təsirini də çəkib. Eyni zamanda çəkilən görüntülərdə suyun şəhərin içinə çatması diqqət çəkir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...