NASA-nın missiyası Yupiterin maraqlı görüntülərini paylaşıb
NASA-nın “Juno” missiyası nəhəng planetə 59-cu yaxın uçuşu zamanı Yupiterin maraqlı görüntülərini çəkib. Onlar Böyük qırmızı ləkə də daxil olmaqla, Yupiterin rəngarəng kəmərlərinə və fırlanan fırtınalarına daha yaxından nəzər salmağa imkan verir.
Fhnews.az NASA-nın saytına istinadla xəbər verir ki, fotoşəkildə aydın görünür; cəmi 52 mil (84 kilometr) radiusu ilə Yupiterin təbii peyki olan Amaltia kartofa bənzəyən bir formaya malikdir və özünü kürə şəkinə salması üçün kütləsi yoxdur. 2000-ci ildə NASA-nın “Galileo” kosmik gəmisi zərbə kraterləri, təpələr və dərələr də daxil olmaqla bəzi səth xüsusiyyətlərini aşkar edib. Amaltia planetin dörd ən böyük peykinin ən yaxınında yerləşən İonun orbitində - Yupiter ətrafında dövr edir və onun bir orbiti tamamlaması 0,498 Yer günü çəkir.
Amaltia Günəş sistemindəki ən qırmızı obyektdir və müşahidələr göstərir ki, o, Günəşdən aldığı istilikdən daha çox istilik verir. Bunun səbəbi Yupiterin güclü maqnit sahəsi daxilində orbitdə fırlandığı üçün onun nüvəsində elektrik cərəyanlarının yaranması ola bilər. Alternativ olaraq, istiliyin Yupiterin cazibə qüvvəsinin yaratdığı gelgit gərginliyi səbəbindən də yaranması ehtimalı var.
NASA-nın paylaşdığı iki fotoşəkildən birincisinin çəkildiyi vaxt “Juno” kosmik gəmisi Ekvatordan təxminən 5 dərəcə şimal enində, Yupiterin bulud zirvələrindən təxminən 265.000 kilometr yuxarıda olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...