22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Muzey oğrusunun kod adı: “Sultan 1966”

31-05-2024
IMG

Britaniya Muzeyindəki oğurluğun səbəbkarı akademik Peter Hiqqsin əlaqələri Avropa mətbuatında yer almaqdadər. Oğurluqla bağlı ilk şübhələr 2016-cı ildə satış saytlarında “Sultan1966” adından istifadə edən Hiqqsin iki min illik Misir üzüyünü satmağa cəhd etməsi ilə başlayıb.

Xatırladaq ki, İngiltərənin mübahisəli  Britaniya Muzeyi son illərdə oğurluq qalmaqalı ilə yadda qalıb. 150 il ərzində Türkiyə, Misir, Çin, Yunanıstan da daxil olmaqla bir çox ölkədən müxtəlif üsullarla qaçaqmalçılıq yolu ilə gətirilən eksponatların sərgiləndiyi muzeydə adıçəkilən ölkələrlə problem yaşanır. Muzeydə oğurluq qalmaqalının ortaya çıxmasının ardından xüsusilə Yunanıstan və Türkiyə oğurlanmış əsərlərin geri qaytarılması üçün London rəhbərliyinə təzyiqləri artırmış, oğurluğun miqyası Avropa mətbuatında yer almağa başlamışdır.

 İnternet satış saytlarında “@Sultan1966” kod adı ilə satışa çıxarmağa çalışan muzey işçisi Peter Hiqqsin əlaqələri itən əsərlərlə bağlı şübhələri daha da artırıb. Qərbi Anadolunun qədim əsərlərindən bəhs edən kitabı da olan Hiqqsin e-poçt ünvanının “Bodrum1966” olduğu müəyyənləşib. Britaniya Muzeyində Bodrumdan qaçaq yolla gətirilən qədim əsərlərdən ibarət sərgi Hiqqsin antik əşyaların satış yerlərindəki əlaqələrinə diqqət çəkib.

Britaniya Muzeyinin rəhbərliyi ötən il muzeydə 1500 eksponatın, o cümlədən qədim daş-qaşın itdiyini açıqlayaraq bu hadisəyə cavabdeh olan kuratorlardan biri Piter Hiqqsin oğurluq ittihamı ilə vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumat yayır. Başda "e-Bay" olmaqla bəzi internet satış saytlarında 100 min lirə dəyərində əsərlər satışa çıxarılınca oğurluq qalmaqalı yaşanır. London detektivləri oğrunu tapmaq üçün bir çox ölkədən dəstək istəyərkən, qısa müddətdə "@Sultan1966" istifadəçi adını ifşa edə bilirlər.

Detektivlərin araşdırmasına görə, Britaniya Muzeyinin oğurlanmış əntiq əşyalarının internetdə satıldığına dair ilk bildiriş Ittai Gradel adından istifadə edən danimarkalı satıcıdan gəlib. İstintaq zamanı satışların bir neçə ildir davam etdiyi müəyyənləşib. Qradel "@Sultan1966" adlı satıcının antik şüşə zərgərlik məmulatını reklam etdiyini görüb. Qradelin verdiyi məlumata görə, qızıl-cəvahirat içərisində saçları ilanlarla dolu əfsanəvi Qorqonu əks etdirən II əsrə aid Roma Meduza miniatürü də olub. Qradel daş-qaşı 15 funt-sterlinqə  alıb və bir neçə min funta başqa kolleksiyaçıya satıb.

Sonrakı illərdə "@Sultan1966" hesabı e-Bay saytında çox aşağı qiymətlərlə qədim əşyaları sərgiləməyə davam edib. Qradel qədim Yunan-Misir imperiyası olan Ptolemey Krallığından 150 funt-sterlinqə bir üzük alır. Qradel ucuz qiymətə aldığı əsərlərin nüsxə olduğunu düşünsə də, əslində artefakt üzük iki min il yaşı olan orijinal bir parça olub.

Paylaş: