22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

09-05-2024
IMG

Süni intellektin sosial nizamı məhv edə biləcəyini deyən Yaponiya rəsmiləri onun yaradacağı problemlər barədə araşdırma aparıblar.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin ən böyük telekommunikasiya şirkəti “Nippon Telegraph and Telephone” Yaponiyanın aparıcı qəzetlərindən biri olan Yomiuri Shimbun ilə birgə dərc etdiyi bəyanatda süni intellektdən istifadə ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsinin lazım olduğunu açıqlayıb. ABŞ-ın tanınmış qəzetlərindən olan “Wall Street Journal”ın məlumatına görə, bəyanatda deyilir: “Ən pis ssenaridə süni intellekt demokratiyanın və sosial nizamın çökməsinə səbəb ola bilər ki, bu da müharibələrə yola açar…”

Tokioda yerləşən Keio Universitetinin alimləri isə süni intellekt texnologiyası üzərində araşdırma aparıblar. ABŞ-dan ölkəyə gətirilən süni intellekt proqramlarının saxta videoların və dezinformasiyaların istehsalına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Paylaş: