Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.
Fhnews.az xəbər verir ki, Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən verilən məlumata görə, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.
Namizədlər iyulun 26-sı saat 11:00-dan iyulun 28-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.
Test imtahanında keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Xatırladaq ki, vakant yeri tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...