22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

"Miss Lieserin portreti" tablosu 32 milyon dollara satıldı

24-04-2024

Avstriyanın paytaxtı Vyanada təxminən 100 ildir itdiyi güman edilən avstriyalı modernist rəssam Qustav Klimtin "Miss Lieserin portreti" adlı rəsm əsəri hərraca çıxarılıb. Əsər 32-53 milyon dollar arasında qiymətləndirildikdən sonra 32 milyon dollara satılıb. Alıcının kimliyi ictimaiyyətlə paylaşılmayıb.

Məlum olub ki, Klimt sözügedən tablonu çəkməyə ölümündən bir il əvvəl 1917-ci ildə başlayıb. Rəsmin 1918-1925-ci illər arasında Lizer ailəsinə hədiyyə edildiyi güman edilir. Portretin o dövrdə Vyana cəmiyyətində yüksək statusa malik olan ailənin qızlarından birinə aid olduğu təxmin edilir.

Rəsm Almaniyada nasist dövründə ələ keçirilən sənət əsərləri ilə bağlı davam edən identifikasiya və geri qaytarılma məsələlərini həll etmək üçün yaradılmış Vaşinqton Prinsiplərinə uyğun olaraq hazırkı sahibləri adından satışa təqdim edilib.

Paylaş: