Mingəçevirdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan biri azyaşlı olmaqla iki vətəndaşı xilas edilib (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərinin C.Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb ediliblər.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olmaqla bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan biri azyaşlı olmaqla iki vətəndaşı xilas ediblər.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...