Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə təlimlərə başlanılıb.
Fhnews.az xəbər verir ki, Dövlət komitəsindən verilən məlumata görə, maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mərhələli surətdə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.
İlk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəblilər üçün təşkil olunub. "Qapı-qapı" və "Məktəb" formatında keçirilən təlim sessiyaları QAC-ın 3 mütəxəssisdən və 10 könüllüdən ibarət heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. “Məktəb” sessiyasında isə təlimlər sinif otaqlarında şagird qrupları üçün interaktiv formada keçirilib.
Təlimlərin hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə məlumatlar verilib, maarifləndirici broşürlər paylanıb, nəzəri və praktik vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.
Mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 1500-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulur.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...