Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı müzakirə olunur
Mayın 17-də Milli Məclisin İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
Fhnews.az xəbər verir ki, iclasın gündəliyinə bir məsələ - İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatının müzakirəsi daxil edilib.
Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov və ölkəmizdə fəaliyyət göstərən bəzi QHT rəhbərləri iştirak edirlər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...