22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Milli Azərbaycan Tarixi Muzeyi və Polşa səfirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

11-07-2024
IMG

Milli Azərbaycan Tarixi Muzeyi və Polşanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Fhnews.az xəbər verir ki, Muzeydən verilən məlumata görə, sənədi elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov, Polşanın ölkəmizdəki səfiri Rafal Poborski imzalayıblar.

Razılaşmaya əsasən, hər iki tərəfin əməkdaşlarının iştirakı ilə tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci ildönümünə həsr olunan sərgi muzeydə təşkil ediləcək.

Sərgidə Yuzef Qoslavski tərəfindən vaxtilə Bakıda layihələndirilmiş məşhur binaların 3D formatında təqdimatı, polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyət ilə bağlı mətn və vizual materiallar yer alacaq.

Hər iki tərəfin razılaşma ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar.

Paylaş: