Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur
Plastikin həyatımızın bütün sahələrinə, okeanların dərinliklərindən nəfəs aldığımız havaya nüfuz etdiyi bir dövrdə “Environmental Health Perspectives” (Ekoloji sağlamlığın perspektivləri) jurnalında dərc olunan yeni araşdırma bədənimizdəki mikroplastiklərin təhlükə saçdığından bəhs edir. Müəlliflərin qeyd etdiyinə görə, ətrafımızdakı hər yerdə olan ən kiçik mikroplastik hissəciklər həzm yollarımızın təhlükəli məhvediciləridir.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, Nyu-Meksiko Universitetinin (UNM) tədqiqatçıları tərəfindən UNM-nin Tibb Məktəbinin qastroenterologiya və hepatologiya bölməsində selikli qişaların immunologiyası sahəsində məşhurlaşmış doktor, dosent Eliseo Kastilyonun rəhbərliyi ilə aparılan araşdırma mikroplastika ilə daxili orqanlarımız arasındakı mürəkkəb qarşılıqlı təmasın nəticələrini üzə çıxarıb.
Kastilyo qeyd edir ki, son bir neçə onillikdə okeanda, heyvanların orqanizmində və bitkilərdə, kran suyunda və plastik qablarda satışa çıxarılan suda mikroplastiklər aşkar edilib.
“Plastik, deyəsən, hər yerdədir. Tədqiqatın nəticələrinə görə, orta hesabla hər bir insan həftədə 5 qram mikroplastik hissəcik istehlak edir ki, bu da standart kredit kartının ağırlığına bərabərdir. İstehlak olunan hissəciklərin miqdarı heyrət doğursa da, Kastilyonun rəhbərliyi ilə aparılan araşdırma zamanı üzə çıxan nəticələr ondan da ciddidir.
Beləliklə, laboratoriya siçanlarının dörd həftə ərzində mikroplastiklərin təsirinə məruz qaldığı təcrübələr tədqiqatçıları məyusedici həqiqətlə üz-üzə qoyub: mikroplastiklər bağırsaqdan qaraciyər, böyrəklər və hətta beyin kimi həyativacib orqanların toxumalarına daxil olur. Üstəlik, bu “təcavüzkar maddə” həmin toxumalardakı metabolik yolları dəyişdirərək fizioloji dəyişikliklərin yaranmasına səbəb olur.
Bundan əlavə, tədqiqatçılar yan xəstəlikləri olan insanların mikroplastiklə təmas zamanı xəstəliklərinin həssaslığının yüksəldiyini vurğulayıblar. Xüsusilə mədə-bağırsaq traktında iltihablı reaksiyalar ağırlaşa bilər ki, bu da mikroplastik ilə xoralı kolit və Kron xəstəliyi kimi xroniki xəstəliklər arasındakı əlaqənin mövcudluğu ilə bağlı kəskin suallar doğurur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...