Mexikonun milyonlarla sakini su çatışmazlığı ilə üzləşib
Şimali Amerikanın əhalinin ən sıx məskunlaşdığı şəhəri – Mexiko su böhranı ilə üz-üzədir. Uzun müddət davam edən quraqlıq Mexikonun su probleminin daha da kəskinləşməsinə səbəb olub.
Fhnews.az NBC news telekanalına istinadla xəbər verir ki, Meksika Milli Su Komissiyasının son hesabatına görə, ölkədə hava normadan daha isti və quru keçib. Nəticədə Mexikonun milyonlarla sakini su çatışmazlığı ilə üzləşib.
Mərkəzi Meksikada yağıntının azalması şəhərin gündəlik istehlak, sənaye və kənd təsərrüfatı üçün kifayət qədər su ilə təmin olunmasını çətinləşdirib. Borudan axan su çox çirkli və xlorlu olduğundan sakinlər içməli suyu mağazadan alırlar.
Yerli hakimiyyət orqanları insanları suya qənaət etməyə çağırıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...