Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub
Bu ilin iyun ayında “Bakı metropoliteni” QSC-dən 18 milyon 105 min 185, o cümlədən 518 min 603 güzəştli sərnişin istifadə edib.
Fhnews.az xəbər verir ki, Bakı Metrosundan verilən məlumata görə, orta statistik hesabla gün ərzində metropolitenə 603 min 506 sərnişin daxil olub. Milli bayramlar və istirahət günləri də daxil olmaqla, ay ərzində 13 qeyri-iş günü olub. Bayram və istrahət günlərində 6 milyon 2 min 884, qalan 17 iş günündə isə 12 milyon 102 min 301 sərnişinə daşıma xidməti göstərilib. Orta statistik hesabla metropoliten hər iş günündə 711 min 900, hər qeyri-iş günündə 461 min 760 sərnişin daşıyıb. Ən çox sərnişin daşınan gün iyun ayının 14-ü olub (737 min 749). Ayın 16-da isə ən az sərnişin daşınıb (365 min 897).
Postpandemiya dövründə ilk dəfə tarixi nailiyyət qeydə alınıb. “Bakı metropoliteni” QSC-nin tarixində rekord sayda sərnişin daşınmış 2019-cu ilin bir aylıq göstəricisindən daha çox sərnişin daşınıb. Cari ilin iyun ayında 2019-cu ilin həmin dövrü ilə müqayisədə 0,3 faiz çox sərnişin bu nəqliyyat növünün xidmətindən istifadə edib. İlin 6-cı ayının daşıma göstəriciləri əvvəlki illərin eyni ayları ilə müqayisədə də kifayət qədər yüksəkdir: 2022-ci ildən 2,3 faiz və 2023-cü ildən 15 faiz çox.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...