23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Metronun iki stansiyanın texniki zonasında əlavə yükləmə terminalları yerləşdirilib

05-03-2024

“BakıKart” plastik kartlarının yüklənməsi ilə bağlı metro istifadəçisi olmayan sərnişinlərin rahatlığını təmin etmək məqsədilə “Sahil” və “28 May” stansiyalarında girişlərə yaxın olan texniki zonaların hər birində əlavə 2 ədəd yükləmə terminalları yerləşdirilib.

Fhnews.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən  verilən məlumata görə, bu isə sərnişinlərin Bakı metrosuna daxil olmadan kartın alınması və gediş haqqının yüklənməsi ilə bağlı rahatlığını təmin edib. Eyni zamanda, həmin stansiyalarda sərnişinlərin vestibüllərdə daha rahat hərəkəti, terminallardan daha çevik istifadə etməsi, axın üzrə sərnişinlərin daha operativ yoxlanılması və yönləndirilməsi təmin edilib.

Hazırda digər istiqamətlər və məsələlər üzrə monitorinqlər və tədbirlər davam etdirilir. Bununla yanaşı, birgə fəaliyyət çərçivəsində gediş haqqının yeni ödəmə üsulları və imkanlarının, karta vəsaitin daha çeşidli vasitələrlə yüklənməsi, elektron imkanların yeni tətbiqlərlə genişləndirilməsi və s. istiqamətlərdə işlər görülür.

Paylaş: