22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Meşələrdə yanğın təhlükəsinin qarşısının alınmasına dair maarifləndirmə tədbiri keçirilib

13-06-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunun Abrıx, Tikanlı və Yemişanlı kənd inzibati ərazi üzrə nümayəndəliklərinin icmaları üçün “Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində mümkün yanğın hadisələrinin qarşısının alınması” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

Maarifləndirmə tədbiri zamanı iştirakçılara meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos və məişət tullantılarının vaxtında təmizlənməsinə ilə bağlı müvafiq qaydalar izah olunub və yerli idarəetmə orqanları tərəfindən də mütəmadi olaraq əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda mövzuya dair maarifləndirici broşürlər tədbir iştirakçılarına paylanılıb.

Paylaş: