Media sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivləri müzakirə edilib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin nazirlikləri və dövlət qurumlarının mətbuat xidmətləri üçün keçirilən “İnformasiya xidmətləri–2024: yerli və xarici təcrübə” adlı seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş baş tutub.
Fhnews.az xəbər verir ki, MEDİA-dan verilən məlumata görə, görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun icra vəziyyəti müzakirə olunub.
Bununla yanaşı, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” çərçivəsində kommunikasiya sahəsinə məsul struktur bölmələrin fəaliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı birgə təcrübə mübadiləsinin aparılması, hədəf və tədbirlərin müəyyən edilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin zəruriliyi vurğulanıb.
Görüş çərçivəsində media savadlılığının artırılmasında maraqlı olan dövlət orqan və qurumları, elm-təhsil müəssisələri arasında əlaqələrin formalaşdırılması, eyni zamanda, media müstəvisində informasiya hücumlarına qarşı səmərəli mübarizə metodlarının tətbiqinə həsr olunmuş dəyirmi masaların keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...