24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

08-05-2024
IMG

Azərbaycanda mayın 9-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 19-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacağı, şərq küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25°, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 17-22° isti olacağı bildirilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacağı, mülayim şərq küləyi əsəcəyi ehtimal edilir. Havanın temperaturu gecə 2-7°, gündüz 10-15° isti olacağı proqnozlaşdırlır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8° isti, bəzi yerlərdə 0°-yə yaxın, gündüz 8-13°, bəzi yerlərdə 16-19° isti olacacağı proqnozlaşdırılr.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı, mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacağı, mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-13°, gündüz 17-22°, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacağı ehtimalı var.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacağı, mülayim şərq küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti olacacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacağı, mülayim şərq küləyi əsəcəyi ehtimal edilir. Havanın temperaturu gecə 10-15°, gündüz 17-22°, dağlarda gecə 8-10°, gündüz 10-15° isti olacacağı gözlənilir.

Paylaş: