Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür
2009-cu ildən mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Federasiyası tərəfindən Beynəlxalq Dağınıq Skleroz Günü təsis edilib.
Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.
Fhnews.az xəbər verir ki, statistik məlumatlara əsasən, hazırda dünyada 2,9 milyon nəfər dağınıq sklerozdan əziyyət çəkir, lakin bir çox hallarda diaqnoz qoyulmadığı üçün həmin xəstəlikdən əziyyət çəkənlərin sayı daha çoxdur.
XIX əsrin ortalarına doğru xəstəlik barəsində artıq xeyli məlumat var idi. 1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb.
Dağınıq skleroz adətən gənc yaşlarda başlanır. Lakin 15 yaşdan 60 yaşa qədər istənilən dövrdə onunla rastlaşmaq mümkündür. Qadınlar kişilərə nisbətən xəstəliyə daha çox meyillidir. Ən yüksək xəstələnmə faizi mülayim iqlimdə yaşayan ağ irqə mənsub olanlar arasında müşahidə edilir. Xəstəlik irsən keçmir. Dağınıq skleroz tam əlilliyə səbəb olan travmalar və revmatoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.
Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. Dövlət tibb müəssisələrində müayinə və müalicənin, həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...