Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
Arterial hipertoniya arterial təzyiqin 140/90 millimetr civə sütunundan yuxarı qalxması halıdır. Birinci dərəcəli arterial hipertoniya ayrıca xəstəlik sayılır. Onun əsas və aparıcı əlaməti arterial təzyiqin yüksəlməsidir. İkinci dərəcəli arterial hipertoniya simptomatik olur və bu zaman təzyiqin yüksəlməsi başqa xəstəliklər nəticəsində əmələ gəlir.
Fhnews.az xəbər verir ki, 2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.
Bir çox ölkələrdə 60 yaşından yuxarı olan əhalinin 50 faizindən çoxu yüksək arterial təzyiqə malikdir. Hipertoniyadan əziyyət çəkənlərin üçdəbiri müalicə alır və onların təxminən 12 faizi tibbi nəzarət altındadır, xəstələrin təxminən 45 faizi arterial təzyiqin yüksək olduğundan xəbərsizdir.
Arterial təzyiq gündə iki dəfə - səhər və axşam fiziki iş, qida, çay və ya qəhvə qəbulundan ən azı 30 dəqiqə sonra ölçülür. Onu ölçmək masada rahat vəziyyətdə oturmaq, əli onun üstündə ürəyin səviyyəsində tutmaq, təzyiqölçən aparatın manjetini dirsəkdən 2 santimetr yuxarıya sarıyıb hava ilə tam doldurandan sonra ölçmək lazımdır. Arterial təzyiqi 1-2 dəqiqə fasilə ilə iki-üç dəfə ölçmək məsləhətdir. Bir əldə aparılan belə ölçmədən sonra arterial təzyiqin dəqiq səviyyəsini müəyyənləşdirmək mümkündür.
Duzlu, yağlı qidalar və alkoqoldan istifadə edən, xroniki stress yaşayan, siqaret çəkən, fiziki aktivliyi az olanlarda qan təzyiqi tez-tez yüksəlir. Hipertoniya dünyada ürək və insult xəstəliklərinin ən başlıca səbəbi sayılır. Nəzarət edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya, həmçinin böyrək çatışmazlığı, beyin qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.
Yüksək qan təzyiqi olanlar qida ilə üç dəfə çox natrium-xlorid istehlak edirlər. Çəkilən siqaret qan təzyiqinin 10-30 millimetr civə sütunu artmasına səbəb ola bilər. Bədən çəkisinin artması ilə təzyiq artır. Artıq çəki təzyiqi 1-3 millimetr civə sütunu artırır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...