Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
Bu gün axşam saatlarınadək Masallının bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Fhnews.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq “Masallı” yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Bununla əlaqədar bugün saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilələr yaranacaq.
Bütün işlər yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...