23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Mərkəzi Bank elektron pul təşkilatlarına və ödəniş təşkilatına müvafiq lisenziyalar verib

23-05-2024
IMG

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidməti istifadəçilərinə ödəniş xidmətlərini təqdim edən şəxslər Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərməlidir.

Fhnews.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair banka müraciət etmiş təşkilatların müvafiq qanunvericilik tələbləri üzrə qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 16 may tarixli Qərarı ilə “A-Solutions Elektron Pul Təşkilatı” MMC və “United Payment” MMC-yə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir.

Qeyd edək ki, ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə veriləcək lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanacaq.

Paylaş: