Mərakeşdə 4,7 bal gücündə zəlzələ olub
Mərakeş Milli Geofizika İnstitutunun prezidenti Nasser Cabur episentri ölkənin mərkəzi bölgələrindəki Deryuş şəhəri sahillərində olan 4,7 bal gücündə zəlzələnin dünən axşam yerli vaxtla saat 20.17-də baş verdiyini söyləyib. O, zəlzələnin Dəryuş, Nazur və Huseyme şəhərləri və ətraf rayonlarda hiss edildiyini bildirib.
Zəlzələ nəticəsində can və ya mal itkisi ilə bağlı məlumat paylaşılmayıb.
Xatırladaq ki, 2023-cü il sentyabrın 8-nə keçən gecə Mərakeşin Əl-Huz şəhərində baş verən zəlzələ nəticəsində 3 minə yaxın insan həyatını itirib, 6 mindən çox insan isə yaralanıb. Zəlzələdə Azilal bölgəsində çox sayda insan tələfatı meydana gəlmişdi.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...