Maldiv adalarında dənizdə batan qayıqdan 13 nəfər xilas edilib
Maldiv adaları polisinin dalğıcları dənizdə batmış qayıqdan 13 nəfəri, o cümlədən 10 əcnəbini xilas edib.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Polisin verdiyi açıqlamada bildirilir ki, dənizdə güclü külək nəticəsində Qan adası yaxınlığında qayığın batması barədə məlumat daxil olub. Dərhal xilasedici dalğıclar əraziyə cəlb olunub. Çətin hava şəraitinə baxmayaraq, axtarış-xilasetmə əməliyyatı uğurla başa çatıb və qayıqda olan 13 nəfər, o cümlədən 10 əcnəbi xilas edilib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...