23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

24-05-2024
IMG

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “The Saudi Food Show 2024” beynəlxalq qida sərgisi açılıb.

Üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20 şirkəti məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edib.

Fhnews.az xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə, stenddə ölkəmizdə istehsal olunan təbii bal, qənnadı məmulatlar, çay, balıq kürüsü, müxtəlif qazlı içkilər, dondurmalar, meyvə-tərəvəz və digər məhsullar yer alıb, Azərbaycan məhsulları haqqında videoçarxlar nümayiş olunub. Stendi ziyarət edən potensial idxalçılar tərəfindən xüsusən qara kürü, meyvə-tərəvəz, qənnadı məmulatları və alkoqolsuz içkilər kimi yerli məhsullarımıza maraq göstərilib. Sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilib, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, builki "The Saudi Food Show" sərgisinə 97 ölkədən 1000-dən çox şirkət qatılıb. Azərbaycan sərgidə ilk dəfədir iştirak edir. Bundan başqa, sərgidə Türkiyə, ABŞ, Polşa, İsveçrə, Fransa, Koreya, İspaniya, Pakistan, Braziliya, Malayziya, Qətər, İraq və Kamboca kimi ölkələr də vahid ölkə stendi ilə çıxış edib.

 

Paylaş: