Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub
Madaqaskar meteorologiya xidmətinin məlumatına görə, tropik “Qamane” qasırğası ölkənin şimalında 14 nəfərin ölümünə səbəb olub, daha üç nəfər isə itkin düşüb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, güclü yağışlarla müşayiət olunan “Qamane” qasırğası ölkənin yeddi rayonuna təsir edib. Təbii fəlakətdən ümumilikdə 36,3 mindən çox insan zərər çəkib. Qasırğa və daşqınların təsirinə məruz qalan bölgədən təxminən 4849 ailə təxliyə olunub, 1698 çəltik tarlası su altında qalıb.
Hakimiyyət orqanlarının məlumatına görə, Madaqaskar Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi insanların xilas edilməsi, daha təhlükəsiz yerlərə köçürülməsi və kommunikasiya xətlərinin bərpası üçün səfərbər olunub.
Xatırladaq ki, Madaqaskar Afrikanın siklonlara meyilli və təbii fəlakətlərə ən çox məruz qalan ilk on ölkəsindən biridir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...