Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib
Dubayda hava yenidən pisləşib, leysan yağışlar səbəbindən 10-dan çox aviareys ləğv edilib və ya digər hava limanlarına yönəldilib.
Fhnews.az xəbər verir ki, Dubay Beynəlxalq Hava Limanının mətbuat xidməti bu barədə sosial mediada məlumat yayıb.
"Əlverişsiz hava şəraiti ilə əlaqədar beş reys digər hava limanlarına yönəldilib, 13 reys isə təxirə salınıb”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində şiddətli qum fırtınası da gözlənilir. Hakimiyyət orqanları yerli sakinləri və turistləri növbəti bir neçə gün ərzində sahillərdən, dağlıq ərazilərdən və səhralıqdan uzaq durmağa çağırıb.
Xatırladaq ki, aprelin ortalarında Birləşmiş Ərəb Əmirlikləri güclü leysan yağışının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Dubay zərər görüb. Şəhərin əsas avtomobil magistralları və Beynəlxalq Hava Limanının uçuş-eniş zolağı su altında qalıb. Nəticədə 2 minə yaxın reys gecikib, minlərlə sərnişin ölkəni tərk edə bilməyib.
Meteoroloqlarının məlumatına görə, aprel ayındakı leysan ölkədə son 75 ilin ən güclü yağışı olub. Bəzi ərazilərə 24 saatdan az müddət ərzində 250 millimetrədək yağıntı düşüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...