“Yer elmlərində kosmik texnologiyaların tətbiqi” mövzusunda lektoriya keçirilib
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Yer elmlərində kosmik texnologiyaların tətbiqi” mövzusunda növbəti lektoriya keçirilib.
Fhnews.az xəbər verir ki, İnstitutun baş direktoru akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq lektoriyaların əhəmiyyətini bir daha xatırladaraq təqdimat üçün sözü aparıcı elmi işçi Bəhruz Əhədova verib.
Lektoriyada InSAR texnologiyasının tətbiq sahələri və bu texnologiyanın zəlzələlər, vulkanlar və ekoloji problemlərin həlli kimi mövzularda necə istifadə olunduğu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, InSAR Yer səthinin dəyişikliklərini yüksək dəqiqliklə ölçməyə imkan verir. Bu texnologiya zəlzələlər və vulkan fəaliyyətləri kimi geoloji hadisələrin monitorinqi üçün xüsusi əhəmiyyət kəsb edir. Zəlzələlər zamanı yerin hərəkətini və sonrakı deformasiyaları, vulkanların monitorinqi, Yer səthinin deformasiyası (çökmə-qalxma) və ekoloji probleməlrin həlli üçün InSAR məlumatlarından geniş şəkildə istifadə olunur.
Ekoloji tədqiqatlar baxımından InSAR texnologiyası Qızılağac Dövlət Təbiət Qoruğu kimi mühafizə olunan sahələrdə dəniz səviyyəsinin enməsini və sahil xəttinin dəyişməsini izləmək üçün də istifadə edilib. Son 10 il ərzində bu qoruqda aparılan monitorinq dəniz səviyyəsinin enməsinin sahil xəttinin dinamikasına necə təsir etdiyini əks etdirir. Bu məlumatlarla sahil xəttinin dəyişməsi və Yer səthinin üfüqi hərəkətləri təyin edilib.
Dəniz səviyyəsinin dəyişməsi kimi kütləvi ekoloji proseslərin nəticələrini aydınlaşdırmaq və tədbirlər görmək üçün InSAR texnologiyasının təmin etdiyi dəqiq məlumatlardan istifadə edilir. Bu məlumatlar qoruqda və digər həssas ekosistemlərdə ekoloji balansın qorunması və bərpa edilməsi işlərində mühüm rol oynayır, bu da InSAR texnologiyasının ekoloji monitorinq və idarəetmədəki əhəmiyyətini bir daha vurğulayır. Aparıcı elmi işçi Bəhruz Əhədovun məruzəsi maraqla qarşılanıb, həmçinin çoxsaylı suallara aydınlıq gətirilib.
Sonda tədbirin iştirakçılarından olan təcrübəli alimlərin mövzu ilə bağlı mülahizələri dinlənilib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...