“Yenikənd” SES-də 7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub
“Yenikənd” Su Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu günədək 6,8 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Fhnews.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, stansiyada elektrik enerjisi istehsalı 2023-cü ildə 251,8 milyon kilovat-saat, cari ilin ilk 4 ayı ərzində isə 106,7 milyon kilovat-saat təşkil edib.
Xatırladaq ki, Şəmkir rayonunun Qaracəmilli kəndində yerləşən bu stansiya 24 il əvvəl - 2000-ci il mayın 23-də işə salınıb. Ümumi gücü 150 meqavat olan stansiya hər biri 37,5 meqavat gücündə 4 hidroaqreqatdan ibarətdir.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...