24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işlər aparılır

10-06-2024

“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadə edilməsi istiqamətində müəyyən işlər aparılır. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən iş adamları ilə keçirilən görüşlər zamanı təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadə istiqamətində məlumatlandırma işlərinə üstünlük verilir.

Fhnews.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir ki, Vergi ödəyicilərinə xidmət mərkəzlərində ərizələrin və bəyannamələrin qəbulu ilə bağlı xidmətlərin və digər proseslərin rəqəmsallaşdırılması (avtomatlaşdırılması) həyata keçirilir. İlkin mərhələdə rəqəmsal əl imzası avadanlığı (wacom) və Asan İD imza kartları vasitəsilə prosesin qismən qısadılmasına, əlavə əməliyyatların aradan qaldırılmasına, kağız və çap avadanlıqlarının istismarının azalmasına, serverlərin daha az yüklənməsinə nail olunub. Belə ki, 2021-ci ildən xidmət mərkəzlərində müraciətlərin qəbulu zamanı rəqəmsal əl imzasının tətbiqinə başlanılıb və nəticədə, kağız daşıyıcısında qəbul olunan müraciətlərin 94-95 faizinin elektron formada tərtib edilməsi təmin olunub.

Bununla yanaşı, elektron qaydada təsdiq olunmuş hazır sənədlərin QR kodla təmin edilməsi və həmin sənədlərin Dövlət Vergi Xidmətinin rəsmi internet saytında və İnternet Vergi İdarəsində yoxlanılması üçün imkanların yaradılması nəzərdə tutulur.

Paylaş: