22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 min olub

11-05-2024
IMG

“Vikipediya” virtual ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində yaransa da, “Vikipediya”nın Azərbaycan dili bölməsində ilk məqalə 2004-cü ildə  yaradılıb. Həmin vaxtdan Azərbaycan dili bölməsi fəaliyyətə başlayıb.

Fhnews.az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, Azərbaycan “Vikipediya” İcmasının gərgin əməyi sayəsində hal-hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini keçib. Son illər ölkəmizdə “Vikipediya”nın inkişafı ilə bağlı istər təbliğat, istərsə də tədbirlər, təlimlər vasitəsilə uğurlu işlər həyata keçirilir.

Hal-hazırda Azərbaycan dili bölməsində 14 inzibatçı var. Gündəlik fəaliyyət göstərən istifadəçilərin sayı 630-dən çoxdur.  Ümumi redaktələrin sayı 7, 6 milyona yaxınlaşıb.

“Vikipediya”nın ölkədə populyarlaşmasında AMEA-nın fəaliyyəti danılmazdır. 2016-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemli, intensiv təlimlərin keçirilməsi “Vikipediya”nın inkişafında yeni cığır açdı. Nəticədə yüzlərlə könüllü qrup yarandı və minlərlə məqalələr yaradılaraq zənginləşdirildi.

19 yanvar 2023-ci ildə AMEA-nın Rəyasət Heyətinin “Elektron Akademiya” şöbəsi yaradıldıqdan sonra Vikipediya”nın inkişafı gündəmdə saxlanılmağa başladı. Məqsəd akademiyanın elmi-intellektual potensialını “Vikipediya”nın inkişafına yönəltmək və bu işi irəli aparmaq idi. Ötən müddət ərzində şöbənin təşkilatçılığı ilə Akademiyanın institutlarının əməkdaşlarına təlimlər keçirilib.

Paylaş: