“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
Fhnews.az xəbər verir ki, KOBİA-dan verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb. “Startap” şəhadətnamələri “Money-Tunnel” MMC-nin maliyyə təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqi, Rüfət Gülmalızadənin interaktiv videotəlim və kommunikasiya platforması, “Yax” MMC-nin taksi sifarişi üçün mobil tətbiqi, “Jİ Studio” MMC-nin süni intellekt əsasında veb-səhifələrin dizaynı və hazırlanması üçün platforma, Niyaz İsmayılovun interaktiv mükafatlandırıcı onlayn yarış platforması, “Ainuverse” MMC-nin video məzmun üzərindən ağıllı axtarış platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...