“SpaceX” şirkətinin sınaq raketi Yerə qayıdarkən parçalanıb
“SpaceX” şirkətinin astronavtları Aya və ondan kənara göndərmək üçün nəzərdə tutulmuş “Starship” raketi cümə axşamı üçüncü sınaq uşuçu ilə kosmosda bütün uçuş kompleksini tamamlayıb, əvvəlkindən daha uzaq məsafəyə çatıb, lakin Yerə qayıdarkən parçalanıb.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, uçuşun internet yayımı zamanı “SpaceX”in şərhçiləri bildiriblər ki, kosmik gəmi hipersəs sürəti ilə planetin atmosferinə yenidən daxil olarkən missiyanın idarə edilməsi mərkəzi eyni vaxtda iki peyk sistemindən “Starship” ilə əlaqəni itirib. Həmin nöqtədə kosmik gəmi Texasın cənubundan buraxıldıqdan təxminən bir saat sonra Hind okeanında planlaşdırılan sıçrayışa yaxınlaşırdı.
Bir neçə dəqiqə sonra “SpaceX” təsdiq edib ki, kosmik gəmi yenidən Yerə daxil olma stresi zamanı “itirilib” – yəni yandırılıb və ya parçalanıb.
Naməlum səbəblərə görə, “SpaceX” sınaq uçuşunun əsas məqsədlərindən ən vacib olanını
- dayaz orbitdə hərəkət edərkən “Starship”in yeni “Raptor” mühərriklərindən birini təkrarən alovlandırmaq cəhdini atlamağı üstün tutub. Bu mərhələ onun gələcək uğurunun əsası hesab olunurdu.
Bununla belə, “Starship”in nəzərdə tutulan bir çox uçuş məqsədlərinin tamamlanması, 2002-ci ildə İlon Mask tərəfindən qurulan “SpaceX” şirkətinin artan peyk buraxılışı biznesi və NASA-nın Ay proqramı üçün mühüm əhəmiyyət kəsb edən irəliləyişi qeyd olunub.
NASA-nın rəhbəri Bill Nelson sosial media platforması “X”də yaydığı bəyanatda “SpaceX”i “uğurlu sınaq uçuşu” münasibətlə təbrik edib. ABŞ kosmik agentliyi bu şirkətin ən böyük müştərisidir.
“SpaceX”in prezidenti Qvinn Şotvell sınaq uçucunu “inanılmaz bir təcrübə” adlandırıb.
“Super Heavy” raket gücləndiricisinin üzərinə quraşdırılmış “Starship” iki mərhələli kosmik gəmisi Texas körfəzi sahilindəki Boka Çika kəndi yaxınlığında - şirkətin “Starbase” buraxılış meydançasından kosmosa göndərilib. Onun üst pilləsindəki “Star” gəmisi 234 kilometr yüksəkliyə çatıb. Lakin o, Yerə enmə prosesində partlayıb və parçalara ayrılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...