“Riyazi modelləşdirmə üsullarının geologiya elmində tətbiqi” mövzusunda lektoriya keçirilib
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) keçirilmiş növbəti lektoriya “Riyazi modelləşdirmə üsullarının geologiya elmində tətbiqi və mövcud vəziyyəti” mövzusunda lektoriya keçirilib.
Fhnews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik Akif Əlizadə GGİ-də artıq xoş ənənə xarakteri almış lektoriyaların hər dəfə yeni mövzulara müraciət edildiyinin əhəmiyyətini, bu tədbirə marağın artdığını, gənc tədqiqatçı-alimlərin həvəsini xüsusilə vurğulayıb. Bildirib ki, lektoriya planlarını hazırlayarkən gələcəkdə dinləyici arzularını nəzərə alınacağı da istisna deyil. Önəmli odur ki, hər sahədə elmə maraq aktuallığını itirmir.
Sonra Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Qərib Calalovun mühazirəsi maraqla dinlənilib. Alim diqqətə çatdırıb ki, son illər təbiət elmlərinin bütün sahələrində riyazi üsullardan və EHM-dən geniş istifadə edilir. Hazırda geologiya elminin də müasir və gələcək inkişafını bu üsullarsız təsəvvür etmək mümkün deyil. Geoloji tədqiqatlarda riyazi üsulların tətbiqi neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsinin müxtəlif mərhələlərində istifadə edilən geoloji üsulların təkmilləşməsinə xidmət edir.
Diaqram və vizual üsullardan istifadə edən Q.Calalov bildirib ki, geoloji obyektlər çox mürəkkəb təbii dinamik sistem olduğundan bu üsulların tətbiqi əvvəlcə həll edilə bilməyən və yaxud intuitiv həll edilən məsələləri aydınlaşdırmağa imkan verir. Yəni riyazi üsulların effektivliyi bilavasitə geoloji məsələlərin qoyuluşundan, xüsusiyyətlərindən, tədqiqat sahəsinə ümumi geoloji baxışdan asılıdır. Geoloji proseslərin modelləşdirilməsinə riyazi yanaşma müəyyən məsələlərin keyfiyyətcə şərhini asan izah etməkdən əlavə, onların həllinə də imkan yaradır”.
Sonda mühazirəni diqqətlə dinləyən iştirakçıların suallarına aydınlıq gətirilib, mövzu ətrafında çıxışlar səslənib.
Akademik Akif Əlizadə Qərib Calalova GGİ kollektivi adından təşəkkür edib.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...