23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“PAŞA Bank” son üç ildə Qarabağdakı layihələrə ayırdığı kreditin həcmini açıqlayıb

29-05-2024
IMG

Son üç ildə “PAŞA Bank”ın Qarabağdakı layihələrə ayırdığı ümumi kreditin həcmi 120 milyon manata yaxın olub.

Fhnews.az xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev ötən ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kreditlər əsasən infrastruktur və tikinti layihələrinə ayrılıb.

C.Quliyev qeyd edib ki, 2021-2023-cü illərdə bankın ümumi aktivləri 56,3 faiz artıb.

“Hesabat dövründə bankın kredit portfelində 46,5 faiz, KOS portfelində 102,2 faiz, müştəri hesablarında 76,3 faiz, məcmu kapitalında 104,4 faiz, haqq və komissiya gəlirlərində 78,1 faiz artım müşahidə olunub. KOS seqmenti üzrə rəqəmsal modellər vasitəsilə verilmiş onlayn biznes kredit məbləği 298 milyon manat təşkil edib. Kibertəhlükəsizlik investisiyalarının məbləği isə 6,5 milyon manat təşkil edib”, - deyə bankın İdarə Heyətinin sədri vurğulayıb.

Paylaş: