“Müasir iqlim dəyişmələrinin təbii komplekslərə təsiri” mövzusunda seminar keçirilib
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Türkiyənin Siirt Universiteti, Lənkəran Dövlət Universiteti və Gəncə Nəbatat Bağı ilə birgə “Müasir iqlim dəyişmələrinin təbii komplekslərə təsiri” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Fhnews.az xəbər verir ki, seminarı giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova qlobal iqlim dəyişiklikləri və onların canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. Ölkəmizin də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmadığını, bunun özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və digər sahələrdə göstərdiyini, son illərdə dünyada təbiətdən səmərəli istifadə olunmaması nəticəsində biomüxtəlifliyin təhlükə altına düşdüyünü söyləyib. O, problemlərin həlli istiqamətində ölkələrin elmi-praktiki nailiyyətlərinin paylaşılması məqsədilə belə seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib.
Dünyanın ən nüfuzlu tədbirlərindən hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsinin Azərbaycan xalqı üçün qürurverici olduğundan, ekoloji problemlər və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən və təbiət elmləri ilə çalışan elm adamlarının üzərinə düşən məsuliyyətdən bəhs edilib.
Seminarda Türkiyənin Siirt Universiteti Ziraat fakültəsindən Dr. Arzu Çığ “Salep Orkideleri” və Dr. Fatih Çığ “Tarımın geleceğinde faydalı bkterilerin rolü” mövzusunda slaydlarını təqdim ediblər.
Lənkəran Dövlət Universitetindən Sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən dos. Ramiz Şəmmədov, Biologiya və ekologiya kafedrasının müdiri dos. Məmmədhüseyn Hüseynov, kafedra müəllimləri dos. Qorxmaz Ağayev, böyük müəllim Şəbnəm Mirzəyeva, Gəncə Nəbatat Bağı Bitki ehtiyatı şöbəsinin müdiri Aynur Bayramova, Biomühəndislik, biotexnologiya və geobotanika şöbəsinin müdiri Ramidə Quliyeva, Dendrologiya İnstitutu Bitki mühafizəsi laboratoriyasının böyük elmi işçisi Vüsalə İsmayılova, Sənaye əhəmiyyətli bitkilər laborotoriyasının böyük elmi işçisi Vüsalə Bədəlova mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Seminarın sonunda movzu ətrafında müzakirələr aparılaraq verilən suallar cavablandırılıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...