“Məşğulluğa dəstək layihəsi”nin aktiv biznes fəaliyyəti ilə seçilən iştirakçılarına əlavə avadanlıqlar verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə keçirilmiş “Həvəsləndirmə mükafatları” müsabiqəsinə yekun vurub.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsabiqənin qalibi olan 10 benefisiara layihə üzrə qurduqları kiçik bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar təqdim edilib.
İştirakçılara biznes planlarının hazırlanmasında KOBİA tərəfindən yaxından dəstək göstərilib.
Müsabiqə layihənin iştirakçısı olan, aktiv biznes fəaliyyəti ilə seçilən, vergi və digər müvafiq ödənişləri ödəyən şəxslərin seçilərək onlara bizneslərini genişləndirmək üçün əlavə dəstək göstərilməsi məqsədi daşıyır.
“Məşğulluğa dəstək layihəsi”ndə bir ildən çoxdur ki, biznesini qurmuş benefisiarları müsabiqədə iştirak edə bilər. Belə müsabiqələrin bütün ölkə boyu keçirilməsi planlaşdırılır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...