25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

“Lufthansa”nın yerüstü heyəti martın 7-si və 8-də işə çıxmayacaq

04-03-2024

Almaniyanın “Lufthansa” aviakompaniyasının yerüstü heyəti martın 7-8-də xidmət işçilərinin “Verdi” həmkarlar ittifaqının çağırışı ilə yeni tətilə başlayacaq.

Fhnews.az xəbər verir ki, bu, aviaşirkətin yerüstü personalının üçüncü tətil dalğasıdır. Aksiyanın şənbə günü səhər saatlarında başa çatacağı gözlənilir. İkigünlük tətil on minlərlə sərnişinə təsir edəcək.

Tətil çağırışına “Lufthansa”, “Lufthansa Technik” və “Lufthansa Cargo” şirkətlərinin təxminən 25 min işçi ilə bağlı davam edən kollektiv danışıqları səbəb olub. Həmkarlar ittifaqından verilən məlumata görə, əvvəlki danışıqlarda adekvat olmayan təkliflər irəli sürülüb. “Verdi” yerüstü personalın maaşlarının 12,5 faiz artırılmasını tələb edir.

Danışıqların növbəti mərhələsi martın 13-14-də baş tutmalıdır.

Paylaş: