“Lufthansa” kabin heyətinin tətili səbəbindən 1000 uçuşun ləğv ediləcəyini proqnozlaşdırır
Alman hava yolu şirkəti “Lufthansa” 12 və 13 mart tarixlərində kabin heyətinin tətili səbəbindən 1000 planlaşdırılmış reysin ləğv ediləcəyini bildirib.
“Lufthansa” tərəfindən verilən açıqlamada kabin işçilərinin 2 günlük tətili səbəbilə martın 12-də Frankfurt hava limanında 600, martın 13-də isə Münhen hava limanlarında 400 reysin ləğv edilməsinin gözlənildiyi bildirilib.
Qeyd edək ki, Müstəqil Kabin Ekipajı Təşkilatı “Lufthansa”nın kabin heyətini keçən həftə sonu tətil etməyə çağırıb.
Təşkilat 18 aylıq müqavilə müddəti üçün “Lufthansa”nın təxminən 18 min kabin işçisinin maaşlarının 15 faiz artırılmasını tələb edir. Birliyin tələblərinə inflyasiya ilə mübarizə üçün 3 min avroya qədər birdəfəlik ödəmə daxildir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...