“Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda konfrans keçiriləcək
Dekabrın 9-10-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Gənc Alimlər və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda I respublika elmi konfransı keçiriləcək.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, konfransda iştirak etmək istəyənlər oktyabrın 10-dək məruzələrinin tezislərini göndərə bilərlər. Oktyabrın 15-də tezislərin qəbul olunması haqqında iştirakçılara məlumat veriləcək. İştirakı təsdiqlənən məruzəçilər məruzənin tam mətnini noyabrın 1-dək göndərməlidirlər. Konfransın keçiriləcəyi məkan və saat barədə iştirakçılara məlumat veriləcək.
Daha ətraflı məlumatı institutun saytında əldə etmək mümkündür.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...