23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Euronews”: Azərbaycan ənənəvi enerji sektorunu şaxələndirmək niyyətindədir

05-07-2024
IMG

“Euronews” telekanalının saytında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev ilə müsahibə yerləşdirilib.

Fhnews.az xəbər verir ki, material Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə hazırlanıb.

“Euronews” telekanalına müsahibəsində Əfqan İsayev SOCAR-ın 2035-ci ilə qədər karbohidrogen layihələri və aşağı karbonlu istiqamətlərin balanslaşdırılmış portfeli ilə şaxələndirilmiş enerji liderinə çevrilməsinə yönəlmiş planları və səyləri barədə danışıb.

Onun sözlərinə görə, şirkət karbonsuzlaşdırma prosesinə sadiqliyini vurğulayaraq, emissiya profilini enerji sektorunda dünya liderləri səviyyəsinə çatdırmaq niyyətindədir. Hazırda SOCAR qlobal strateji oyunçularla əməkdaşlıq edir və artıq 1 GVT bərpaolunan enerji mənbələrinin (iki günəş enerjisi və bir külək enerjisi obyekti) və “yaşıl” hidrogen istehsalına yönəlmiş 2 GVT dəniz külək enerjisi obyektlərinin işlənib hazırlanması da daxil olmaqla, mühüm layihələrin icrasına başlayıb.

Şirkət bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakı, iqlimlə mübarizəyə həsr olunmuş tədbirlər və müzakirələr təşkil etməyi planlaşdırır, -deyə vitse-prezident qeyd edib.

Əfqan İsayev, həmçinin digər milli və beynəlxalq neft şirkətləri ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb. O bildirib ki, SOCAR strateji tərəfdaşlıq və perspektiv layihələr sayəsində növbəti nəsillər üçün davamlı gələcəyi təmin etməyə can atır.

Paylaş: