22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“DOST EVİ”ndə həssas qruplara aid 30-dək şəxs təlimlər vasitəsilə bacarıqlarını inkişaf etdirir

08-06-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialında (İsmayıllı) hazırda əlilliyi olan və digər həssas qruplara aid 30-dək şəxs təlimlər vasitəsilə yaradıcılıq bacarıqlarını inkişaf etdirir.

Ötən ilin noyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “DOST EVİ” filialının açılışı olub.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisədə bölgədə yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək işləri aparılır.

Benefisiarlar dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, un məmulatları emalatxanalarında həmin istiqamətlərdə bacarıqlarını, peşə vərdişlərini təkmilləşdirirlər. Filialda 10 təlim istiqaməti üzrə 6 emalatxana fəaliyyət göstərir.

Mərkəzə benefisiarların seçimi Qiymətləndirmə Komissiyası tərəfindən aparılır və hazırda da “DOST EVİ”nə qəbul prosesi davam edir. Təlimçilər və digər işçilər də əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplar arasından seçilir.

Təlim müddətini uğurla başa vuran şəxslərə sertifikatlar veriləcək.

Paylaş: