“Crocus City Hall” mərkəzində terror aktı nəticəsində ölənlərin sayı 139-a çatıb
“Crocus City Hall” mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Prezident Vladimir Putinin terror aktı ilə əlaqədar keçirdiyi müşavirədə məlumat verib.
O bildirib ki, faciə zamanı ölənlərin sayı 139 nəfərə çatıb. Onlardan 40-ı odlu silahdan aldıqları xəsarət nəticəsində, 45-i isə yanğında həlak olub
Bastrıkinin sözlərinə görə, ölənlərdən 75 nəfərin kimliyi müəyyən edilib.
Rusiya hökumətinin sədri Tatyana Qolikova terror aktı zamanı xəsarət almış 52 nəfərin xəstəxanadan buraxıldığını, 93 nəfərin, o cümlədən 5 uşağın hazırda müalicəsini davam etdirdiyini deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...