“Boeing” 89 yoxlamanın 33-dən keçə bilməyib
“Boeing” kompaniyası yanvar ayında Alyaska Hava Yollarına məxsus 737 MAX təyyarəsindəki insidentdən sonra ABŞ Federal Mülki Aviasiya İdarəsinin (FAA) 89 yoxlamasından 33-nü keçə bilməyib.
Fhnews.az xəbər verir ki, “New York Times” qəzeti bu barədə FAA-ya istinadla məlumat yayıb.
Altı həftə davam edən yoxlamalar həm “Boeing” kompaniyasına, həm də 737 MAX təyyarələri üçün füzelyaj istehsal edən “Spirit AeroSystems” şirkətlərinə təsir edib. Məlumata görə, “Boeing” 89 yoxlamadan 56-dan uğurla keçib. Eyni zamanda, auditorlar yoxlamalar zamanı 97 istehsal normasına əməl olunmadığını aşkara çıxarıb. “Spirit AeroSystems” şirkəti isə 13 yoxlamadan 7-də uğursuzluğa düçar olub.
Qeyd edək ki, “Boeing 737” dar gövdəli, qısa və orta məsafəli sərnişin və nəqliyyat təyyarələri ailəsidir. 1967-ci ildən istehsal olunan 737 MAX mülki aviasiya tarixində ən populyar sərnişin təyyarəsi sayılır. 2018-ci martın 13-də bu ailədən olan 10 000-ci təyyarə istifadəyə verilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...